BMT TŞ-nin qətnaməsi Qəzzadakı sabitləşdirmə qüvvələrinin əsasını təşkil edəcək
BMT Təhlükəsizlik Şurasının ABŞ layihəsi əsasında qəbul etdiyi qətnamə Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılması üçün əsas təmin edir, həmçinin ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Sülh Şurasını təsis edir.
"İnformator.az" xəbər verir ki, bunu səsvermənin nəticələrindən sonra ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bəyan edib.
Onun sözlərinə görə, bu beynəlxalq qüvvələr təhlükəsizliyin təmin olunmasında əsas rol oynayacaq:
"Beynəlxalq sabitləşdirmə qüvvələri təhlükəsizlik sahəsində vəziyyəti sabitləşdirəcək, Qəzzanın demilitarizasiyasını dəstəkləyəcək, terrorçu infrastrukturunu sökəcək, silahları istifadədən çıxaracaq və Fələstin mülki əhalisinin təhlükəsizliyini təmin edəcək".