BMT Ukraynanı sülhə çağırıb
BMT Baş Assambleyasının (GA) Prezidentlər Şurası Rusiya-Ukrayna münaqişəsinin tərəflərini 2022-ci il İstanbul sazişi əsasında sülh prosesinə başlamağa çağırıb. Bu barədə qurumun nümayəndələrinin Qətərdə keçirilən görüşünün yekunları üzrə bəyannamənin mətnində deyilib.
“Ukraynadakı hərbi əməliyyatlara gəlincə, Şura 2022-ci il İstanbul razılaşmasına əsaslanan sülh prosesinin başlanmasına çağırıb. Bu, BMT-nin himayəsi altında referendum formasındadır”, - nəşr yazıb.
Görüş iştirakçılarının fikrincə, bu cür tədbirlər münaqişə tərəflərini “hərtərəfli nizamlamaya” aparacaq.
Məlum olduğu kimi, İsveçrə dövlət və hökumət başçıları səviyyəsində 160-dan çox nümayəndə heyətini Ukraynanın “sülh formulunu” və Rusiya-Ukrayna münaqişəsi üzrə digər sülh təşəbbüslərini müzakirə etmək üçün konfransa dəvət edib. Lakin Rusiya dəvət almayıb.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva
