BMT Venesuelaya görə təcili iclas keçirir
BMT Təhlükəsizlik Şurası ABŞ-nin Venesuelada apardığı əməliyyatla bağlı təcili iclas keçirir.
"İnformator.az" xəbər verir ki, iclas üç ölkənin – Çin, Rusiya və Kolumbiyanın təşəbbüsü ilə baş tutub.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr isə ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-yə aparıb.
