00:00:00
Yazar
Güllər Gülhüseynova
27.02.2026 15:57 14 2 dəq oxuma
Siyasət

BMT yanında Daimi Nümayəndəlik: Azərbaycan ədalət və sülh siyasətini davam etdirir

BMT yanında Daimi Nümayəndəlik: Azərbaycan ədalət və sülh siyasətini davam etdirir

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı ingilis dilində press-reliz yayıb.



Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı məlumatda göstərilir ki, Azərbaycan beynəlxalq hüququn və ədalətin bərpa olunmasının tərəfdarıdır və bu israrlı, prinsipial siyasətini davam etdirir.


Yazıda bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən vəhşilik beynəlxalq səviyyədə insanlığa qarşı cinayət və ya soyqırımı aktı kimi beynəlxalq hüququn kobud şəkildə pozulması kimi pislənib.

 

Məsələ ilə bağlı Politoloq İlyas Hüseynov" İnformator. az"a açıqlamasında bildirib ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin yaydığı məlumat Azərbaycanın reallıqlarının beynəlxalq mediada tanıdılmasına həsr olunub:


"1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən vəhşilik bu gün də geniş ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Çünki burada insanlığa qarşı soyqırımı aktı həyata keçirilib. Bu hadisə beynəlxalq hüququn kobud şəkildə pozulmasının göstəricisidir. Vaxtında Xocalı soyqırımına hüquqi qiymət verilsəydi, sonradan törədilən vəhşiliklər və cinayətlər baş verməzdi. Məhz bu baxımdan Azərbaycan beynəlxalq hüququn ali prinsiplərinin həyata keçirilməsini istəyir və bu istiqamətdə siyasi fəaliyyətini davam etdirir. Eyni zamanda, Azərbaycan sülh istiqamətində təhlükəsizliyin qorunması, birgə yaşayışın təşviqi və beynəlxalq hüquqdan irəli gələn norma və prinsiplər əsasında dayanıqlı və davamlı sülhün təmin olunmasını hədəfləyir və bu istiqamətdə müvafiq addımlar atır. Azərbaycanın sülh siyasəti öz nəticəsini verir və biz bunun praktiki nəticələrini qarşıdakı dövrdə də görə bilərik".



Aysun Xanatova

#etdirir #bmt #davam #ədalət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər