Bolqarıstan MSK Yotovanı ölkə prezidenti elan edib
Bolqarıstanın Mərkəzi Seçki Komissiyası (MSK) İliyana Yotovanı ölkə prezidenti seçkilərində qalib elan edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası MSK-nın qərarına istinadən məlumat yayıb.
"MSK 441 nömrəli qərarı ilə İliyana Yotovanı Bolqarıstan Respublikasının prezidenti, Kiril Vılçevi isə vitse-prezidenti elan edir", - sənəddə deyilir.
Yotova Bolqarıstanda prezident seçilən ilk qadındır.