Bolqarıstanda həddindən artıq istilərə görə "qırmızı" xəbərdarlıq
Bolqarıstanın 5 regionunda yüksək temperaturla əlaqədar “qırmızı” kateqoriya xəbərdarlığı edilib.
Bolqarıstan Xəbər Agentliyinin (BTA) xəbərinə görə, Bolqarıstan Meteorologiya və Hidrologiya İnstitutu Blaqoevqrad, Pleven, Veliko Tırnovo və Ruse bölgələrində "qırmızı" kateqoriyalı temperatur xəbərdarlığı, qalanları üçün isə "narıncı" kateqoriyalı temperatur xəbərdarlığı edib. Ölkə daxilində temperaturun gün ərzində 37 ilə 42 dərəcə arasında dəyişdiyi bildirildi.
Bolqarıstanda sabah temperaturun 35 dərəcəni keçəcəyi təxmin edilən 10 bölgədə yollar qadağan edildi.
Nərgiz Orucova
