00:00:00
Yazar
Asiman Vəliyeva
10.04.2026 18:04 52 2 dəq oxuma
Maraqlı

Borc verəndə yazılı sənəd vacibdirmi? - Vəkil rəyi

Borc verəndə yazılı sənəd vacibdirmi? - Vəkil rəyi

Borc münasibətlərində yazılı sənədin olması hüquqi baxımdan böyük əhəmiyyət daşıyır. Şifahi razılaşmalar tərəflər arasında anlaşılmazlıqlara və mübahisələrə səbəb ola bilər. Məhz buna görə də borc verərkən öhdəliklərin aydın və rəsmi şəkildə təsdiqlənməsi vacib hesab olunur.

 

Mövzu ilə bağlı vəkil Cavanşir Qasımzadə “İnformator.az”a açıqlamasında bildirib ki, tövsiyyə olunur ki, miqdarından asılı olmayaraq borc müqaviləsini tərəflər yazılı formada bağlasınlar:


Borc müqaviləsi üzrə müddəalar Mülki Məcəllə ilə tənzimlənir və 37-ci fəslində öz əksini tapıb. Borc müqaviləsi şifahi və yazılı formada bağlana bilər. Yazılı formada bağlanması ilə bağlı zərurət var. Mülki Məcəllənin 739-cü maddəsində bu öz əksini tapıb və orda qeyd olunur ki, əgər borc məbləği 3.000 manatdan çoxdursa, bu zaman borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır. Yəni bu imperativ normadır".

 

Həmçinin vəkil qeyd edib ki, yazılı müqavilə isə birbaşa əsaslı sübut əhəmiyyəti daşıyır:

 

"3.000 manatdan aşağı müqavilələr üçün də imperativ norma olaraq bağlanmalı olduğu qeyd olunur. Məsələn, tərəflərdən biri hüquqi şəxsdirsə və ya hər ikisi hüquqi şəxsdirsə fərq etmir borc müqaviləsi miqdarından asılı olmayaraq bağlanmalıdır.
Lakin bu o demək deyil ki, daha az məbləğlərdə yazılı formada bağlanıla bilməz. Əksinə tövsiyyə olunur ki, miqdarından asılı olmayaraq borc müqaviləsini tərəflər yazılı formada bağlasınlar. Bu hər iki tərəfin xeyrinə olacaq. Borcun qaytarılmadığı təqdirdə və ya qaytarıldığı, həmin borcun yenidən tələb edildiyi zaman məsələ məhkəmə mübahisəsinə çevrilir. Yazılı müqavilə isə birbaşa əsaslı sübut əhəmiyyəti daşıyır. Təbii ki, bağlanılan müqavilənin forması məzmunu və notarial qaydada təsdiqi tərəflərin razılaşmasından asılıdır".

 

Samirə Allahverdizadə

#azərbaycan #rəyi #sənəd #yeni #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər