Boris Conson Ukraynada cəbhə xəttinə gedib
Ön cəbhədə keçirdiyim 48 saatdan sonra əvvəlkindən daha çox əminəm ki, ukraynalılar uğur qazanacaqlar.
"İnformator.az" xəbər verir ki, bu sözləri Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna ordusunun Zaporojye vilayətindəki mövqelərinə baş çəkdikdən sonra yazıb.
“Biz ukraynalılara dron fabriklərini və ya rusların bombardmançı təyyarələrini buraxdıqları bazaları məhv etmək üçün lazım olan silahları - uzunmənzilli raketləri vermirik. Niyə?
Sadəcə olaraq “Tomahavk” raketlərinin verilməsindən imtina etdiyinə görə Trampı və ABŞ-ni günahlandırmaq mənasızdır. Böyük Britaniyanın öz uzaqmənzilli raketləri var, həmçinin Almaniyanın da.
Avropalılar olaraq Trampı günahlandırmağın mənası yoxdur, halbuki hamımız birlikdə Putinə məxsus yüz milyardlarla dollar dəyərində dondurulmuş aktivlərə sahibik. Bu vəsaitlər açıq-aydın şəkildə azad edilərək Ukraynaya yardım üçün istifadə olunmalıdır”, - Conson qeyd edib.