Borrell Çinin Ukraynaya təsir etməkdə maraqlı olmadığını bildirib
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Xosep Borrel bildirib ki, Çin Ukraynadakı hərbi münaqişə məsələsində Rusiyaya təsir etməkdə maraqlı deyil. O, bu barədə İspaniyanın RTVE radiosuna müsahibəsində bildirib.
“Biz uzun müddətdir ki, Çinə öz təsirindən istifadə etməli olduğunu deyirik. Çin bunu etmir, çünki bunda marağı yoxdur”, - deyə siyasətçi vurğulayıb.
Borrell əlavə edib ki, Kiyevə gələcəkdə yardımla bağlı qərarlar Aİ daxilindəki 27 dövlətdən birinin mövqeyinə görə bloklanır. Onun fikrincə, indi ölkələr arasında yekdil qərarlara nail olmaq çətindir. O qeyd edib ki, Rusiyanın cəbhədə atəş gücü on dəfə çoxdur. “Bu o deməkdir ki, Ukrayna müdafiə vəziyyətindədir. O, hücuma keçməyə çalışdı, lakin geri çəkilməyə məcbur oldu”, - deyə siyasətçi izah edib.
Bundan əvvəl Çin prezidenti Si Cinpin bildirib ki, Çin hökuməti Ukraynada sülhün tezliklə əldə olunmasına yardım etmək niyyətindədir.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva
