00:00:00
Yazar
Aysel Mirzəyeva
05.03.2026 16:52 14 1 dəq oxuma
Siyasət

Botçorişvili Bayramova zəng edib

Botçorişvili Bayramova zəng edib

Gürcüstanın Xarici İşlər naziri Maka Botçorişvili Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramova zəng vurub.


"İnformator.az" xəbər verir ki, XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı nazirlər İranın ölkəmizə qarşı dron hücumları nəticəsində yaranmış vəziyyəti müzakirə ediblər.  


C.Bayramov həmkarına 5 mart tarixində İran tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı həyata keçirilmiş dron hücumları barədə məlumat verib. 

 

Nəticədə Naxçıvan Muxtar Respublikasının hava limanının terminal binasına zərər dəyib, mülki şəxslər xəsarət alıb. Həmçinin dronlardan biri Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

 

Nazir Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu hücumun beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu və regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb. 

 

Azərbaycan tərəfinin baş vermiş hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində məsələyə aydınlıq gətirilməsini, müvafiq izahat verilməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsini tələb etdiyi diqqətə çatdırılıb.

 

Gürcüstanın Xarici İşlər naziri baş vermiş hadisə ilə bağlı narahatlığını ifadə edib və regionda sabitliyin və təhlükəsizliyin qorunmasının vacibliyini qeyd edib.

 

Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

 

 

#baki #yeni #botçorişvili #zəng #edib
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər