00:00:00
Yazar
Admin User
23.10.2025 16:41 166 3 dəq oxuma
Siyasət

Brüsseldə Birinci Misir-Avropa İttifaqı Sammiti keçiriləcək

Brüsseldə Birinci Misir-Avropa İttifaqı Sammiti keçiriləcək

 

Sabah Brüsseldə Birinci Misir-Avropa İttifaqı Sammiti işinə başlayacaq. Misir Prezidenti Əbdülfəttah əs-Sisi tədbirdə iştirak etmək üçün Brüsseldə səfərdədir.


Mövzu ilə əlaqədar olaraq siyasi şərhçi Cavanşir Abbaslı "İnformator.az" a açıqlamasında bildirib ki, Misir Yaxın Şərqin aparıcı ölkələrindən biridir:

 

"Misir Yaxın Şərqin aparıcı ölkələrindən biridir. Son illərdə, xüsusilə də Misirdə bir sıçrayış müşahidə olunur. Bütün sahələr üzrə, istər siyasi, istər iqtisadi, istər ticarət və s. sahələr üzrə kifayət qədər ciddi irəliləyişlərin şahidi oluruq. Xüsusilə də Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin hakimiyyətə gəlişindən sonra Misirdə daha çox inkişafa doğru addımlar atılır. Misir Prezidenti kifayət qədər dünyada söz sahibinə çevrilən şəxslərdən biridir. Düşünə bilərəm ki, bu sammit kifayət qədər gələcək baxımından müsbət nəticələri ilə yadda qalacaq. Misir üçün də çox müsbət nəticələr olacaq. Misirdə məlum inqilabın üzərindən artıq uzun illər keçib, 15 ilə yaxın zaman keçib və bu illər ərzində əvvəlki sistemdən fərqli bir Misir sisteminin əsasının qoyulduğunu görürük. Misir Avropaya doğru, yəni sürətlə inteqrasiya edən ölkələr sırasında da yer almaqdadır. Hesab edirəm ki, bütün bunların fonunda bu sammiti Misirin gələcəyi üçün uğurlu hesab etmək olar. Brüssel sammiti gələcək baxımından kifayət qədər tarixi əhəmiyyətə malik bir sammit olacaq.Əvvəl Misirin, təbii ki, əsas hədəflərindən biri dövlətin daxili təhlükəsizliyini daha da gücləndirməkdir. Çünki Yaxın Şərqin hər bir ölkəsinin kifayət qədər təhdidlərlə üz-üzə qaldığı hər birimizə məlumdur. Ona görə də Yaxın Şərqin hər bir ölkəsi öz müstəqil daxilindəki təhlükəsizliyi qorumaq üçün müəyyən addımlar atmağa məcburdur. Biz Fələstinin nümunəsini gördük, daxildə təhlükəsizliyin zəif olması, eləcə də xaricdən rəqibi İsrailə, Amerika başda olmaqla Avropa İttifaqına daxil olan ölkələrin verdiyi dəstək nəticəsində Fələstinin bugünkü acınacaqlı durumu ortadadır.
Misir Prezidenti də bunları bilməmiş və görməmiş deyil. Ona görə də Avropaya doğru iradəli addımlarla irəliləyir. Təbii ki, miqrasiya məsələləri də burada önəmlidir. Çünki dünyada gedən bəzi savaşların fonunda miqrasiya məsələləri də hər bir dövlət üçün ön sıraya çıxmaqdadır. Enerji və ticarət sahələri isə, təbii ki, deməyə dəyməz. Misir kifayət qədər bu sahələr üzrə inkişaf edib, digər ölkələrlə çox yaxın ticarət və enerji əlaqələri qurmağa ciddi maraq göstərir".

Həmçinin siyasi şərhçi bildirib ki, bu sammit Misirin gələcəyi üçün siyasi və iqtisadi yöndə çox vacib olan məsələlərdən biri olacaq:

 

"Sammitin nəticələrinin Misirin siyasi və iqtisadi sabitliyinə böyük təsiri olacaq. Bir növ sığorta anlamına gəlir. Misir yerləşdiyi Yaxın Şərq regionunda təhlükəsizlik məsələsində sabitliyin olmasının lehinədir. Bu istiqamətdə dəfələrlə təşəbbüslər etdiyini müşahidə etmişik. Ümumiyyətlə, son illərdə Misir bütün savaşlardan yayınır. Dövlət olaraq heç bir savaşda yer almaq istəmir. Biz bunun şahidi oluruq və bu da onların siyasətində açıq görünür.
Düşünürəm ki, bu sammitin Misirin tarixi və gələcəyi üçün siyasi və iqtisadi istiqamətlərdə böyük rolu olacaqdır.Təbii ki, burada da Avropa İttifaqına üzv ölkələrlə yaxın əməkdaşlıq ticarət, iqtisadiyyat, enerji və digər sahələr üzrə əməkdaşlıq Misirin əsas prioritet istiqamətlərindən biridir. Strateji tərəfdaşlıq məsələsinə gəldikdə isə düşünürəm ki, Misir bu sahədə də digər ölkələrlə yaxın əlaqələrə böyük üstünlük verir, strateji müttəfiqlərini axtarır ki, gələcəkdə öz daxili təhlükəsizliyini təmin edə bilsin.
Dövlət üçün də daxili təhlükəsizliyə təhdid amillərindən biri Avropa və Qərb ölkələri ilə münasibətlərin pis olmasıdır. Biz bunu İranın timsalında gördük. Çox keçməmiş, yəni yaxın aylarda biz bunun 12 günlük savaş formasında şahidi olduq, məhz İsrail Avropada və Amerikaya arxalanaraq, digər Avropa İttifaqı ölkələrinin bəzilərinə güvənərək, İrana hücumlar təşkil etdi. İstər ərazi baxımından olsun, istər əhali baxımından olsun, istərsə də güc baxımından olsun, İsrail ilə İran müqayisə olunacaq ölkələr deyillər, amma İsrail bunu etdi. Kifayət qədər də İranın dövlət imicinə zərbə vurdu, nüvə silahı hazırlayan mütəxəssislərini, generallarını aradan götürdü. Bu isə, təbii ki, qonşumuza ciddi zərbə idi".


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər