Braziliya Ali Məhkəməsi keçmiş Prezident Bolsonaronun həbs cəzasının icrasına qərar verib
Braziliya Ali Məhkəməsi 2022-ci il seçkilərindən sonra çevriliş planlaşdırdığına görə keçmiş Prezident Jair Bolsonaroya verilən 27 illik 3 aylıq həbs cəzasının yekunlaşdığına və onun icrasına başlanmalı olduğuna qərar verib.
İşə sədrlik edən Ali Məhkəmənin hakimi Aleksandr de Moraes bütün hüquqi proseslərin başa çatdığını və heç bir apelyasiya şikayəti olmadığını bildirib. Moraes, müdafiə tərəfinin ev dustaqlığına buraxılması tələbini rədd etdiyi Bolsonaronun şənbə günündən bəri saxlanıldığı paytaxt Braziliyadakı polis bölməsində həbsdə qalmasına qərar verib.
Hakim Moraes həmçinin Bolsonaronun 2022-ci il seçkilərindən sonra çevriliş planlaşdırdığına görə aldığı 27 illik 3 aylıq həbs cəzasının icrasına başlanmasını əmr edib. O, həmçinin Bolsonaronun səhhətinin pisləşməsi ilə bağlı tibbi hesabatları nəzərə alaraq tam tibbi yardım almasını əmr edib. Yerli medianın məlumatına görə, 2019-cu ildən 2023-cü ilə qədər Prezident vəzifəsində çalışmış Bolsonaro polis bölməsindəki 12 kvadratmetrlik xüsusi otaqda saxlanılacaq. Otaqda çarpayı, xüsusi vanna otağı, pəncərə, televizor, kondisioner və kiçik soyuducu var.
70 yaşlı Bolsonaro şənbə günü lehimləmə dəmiri ilə topuğundakı izləmə cihazını açmağa cəhd etdikdən sonra ora köçürülüb.
TRT Xəbər
Xədicə Məhərrəmli