00:00:00
Yazar
Admin User
21.06.2025 19:27 97 1 dəq oxuma
Dünya

Braziliyada isti hava şarı qəzaya uğrayıb: 8 ölü, 13 yaralı

Braziliyada isti hava şarı qəzaya uğrayıb: 8 ölü, 13 yaralı

Braziliyanın cənubundakı Santa-Katarina ştatında isti hava şarının alışaraq yerə düşməsi nəticəsində 8 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb.


Yerli “G1” xəbər kanalının məlumatına görə, içərisində 21 nəfərin olduğu isti hava şarı alovlandıqdan sonra sürətlə yerə çırpılıb.


Santa-Katarina hərbi yanğından mühafizə xidmətinin açıqlamasına görə, qəzada 13 nəfər yaralı şəkildə xilas edilib, 8 nəfər isə həlak olub.


Qeyd edək ki, 15 iyun tarixində San-Paulu ştatında baş vermiş başqa bir isti hava şarı qəzasında 27 yaşlı qadın ölüb, 11 nəfər isə yaralanıb.


TRT HABER
Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər