00:00:00
Yazar
Admin User
28.11.2025 14:06 107 1 dəq oxuma
Dünya

Britaniya AB ilə razılaşa bilməyib

Britaniya AB ilə razılaşa bilməyib

 

Böyük Britaniya AB ilə Avropa üçün Təhlükəsizlik Fəaliyyəti (SAFE) müdafiə fonduna qoşulmaq barədə razılığa gələ bilməyib.

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın AB ilə əlaqələr üzrə dövlət naziri Nik Tomas-Simonds deyib.

“Böyük Britaniyanın SAFE-nin birinci mərhələsində iştirakı ilə bağlı danışıqları başa çatdıra bilməməyimiz məyusedici olsa da, krallığın müdafiə sənayesi hələ də SAFE çərçivəsində layihələrdə üçüncü ölkə şərtləri ilə iştirak edə biləcək. Danışıqlar vicdanla aparıldı, lakin mövqeyimiz həmişə aydın idi: biz yalnız milli maraqlara cavab verən, pul və keyfiyyət nisbətini təmin edən müqavilələr imzalayacağıq”, - o bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər