00:00:00
Yazar
Admin User
17.10.2025 17:36 96 2 dəq oxuma
Siyasət

Britaniya altı ay ərzində Kiyevə on minlərlə dron verib

Britaniya altı ay ərzində Kiyevə on minlərlə dron verib

 

Böyük Britaniya son altı ay ərzində Ukraynaya 85 mindən çox pilotsuz uçuş aparatı (PUA) verib. Bu barədə Britaniyanın müdafiə naziri Con Hili məlumat yayıb.

 

Mövzu ilə bağlı politoloq Turab Rzayev “İnformator.az”a bildirib ki, Britaniya müharibənin başından bəri Ukraynaya ən aktiv dəstəyi verən ölkələrdən biridir:

 

“Birinci atəşkəsdən sonra, nə vaxt ki, Rusiya ordusu gəlib xalq olaraq çıxmışdı,Türkiyədə sülh danışıqları aparıldı,Türkiyə Ukrayna və Rusiyanı barışdırmağa çalışırdı.Hətta ilkin razılıq əldə olunmuşdu.Həmin dövrdə Londonun Kiyeve səyahət etməsi,Kiyevde Zelenskini dəstəkləməsi Ukraynanın çəkilməsinə səbəb oldu.Açıq şəkildə Britaniya ən çox Ukraynaya dəstək verən ölkələrdən biridir.Məsələn, Tramp Zelenskini ordan qovduqdan sonra ,ilk görüşlərində onu Londana dəvət elədilər. Britaniya dəfələrlə hərbi olaraq,maliyə olaraq,əsgər olaraq dəstək verib.Deməli burda Britaniya müharibə sxemində dronlar xüsusi əmək təşkil edir.Hətta videolardan belə görürük ki,adi əsgərləri belə dronla vururlar.Müəyyən bəzi yerlərdə daha böyük silahlar lazımdır,buna görə də “HIMERS”lar,fərqli silahlar lazım olur.Biz Rusiyanın Yekaterinburqda və Yakutskdakı endirilən zərbələri gördük.Rusiyanın Qazaxıstan-Çin səddində yerləşən zərbələri gördük.Bu da onu göstərir ki,məsafə nə qədər olsa da,görünən odur ki,Ukrayna bu dronlardan Rusiyaya qarşı effektiv istifadə eləməyə başlayıb.Və hətta onların yerləri,dronların məsafəsi artır,dronlar inkişaf edir və müharibədə aktiv şəkildə Ukrayna Rusiyaya qarşı bu dronları istifadə edir.İstər sualtı donanmada,dəniz dronlarından,gəmilərə qarşı,artıq Rusiya Qaradənizdə rahat şəkildə gəmiləri üzdürə bilmir.Düşünmürəm,Britaniya hansı şəkildə geri addım atsın.Çünki öncə Rusiyanı ittiham edirlər ki,İrandan kütləvi şəkildə dron alıb.İkinci məsələ onu tətbiq etməkdə Rusiyanı ittiham edirlər.İranın Rusiyaya göndərdiyi dronlar,Rusiyada istehsal olunan dronlar,onlardan hansı şəkildə Ukraynaya istifadə eləməsi ilə bağlı bir kampanya aparıldı.Amma heç vaxt Britaniyanın səksən beş min dron verməsi gündəmə gəlmir.Bu o deməkdir ki,beynəlxalq ictimaiyyət heçvaxt bu məsələdə Britaniyanın üzərinə getmir.Artıq beynəlxalq münasibətdə də xüsusi nəsə dəyişməsədə bu artıq silah dəstəyidir və artıq müharibənin taleyini bu dronlar dəyişir.Hətta dronların geniş istifadə olunduğu müharibələrdən biri də “II Qarabağ” müharibəsidir.
Artıq demək olar ki,hərb sənətində dronların istifadəsi getdikcə genişlənəcək”.

 

Nəzrin Nəsirova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər