00:00:00
Yazar
Admin User
10.11.2025 15:24 164 1 dəq oxuma
Siyasət

Britaniya buna görə Azərbaycana təşəkkür edib

Britaniya buna görə Azərbaycana təşəkkür edib

Böyük Britaniya COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün dünya birliyini birləşdirməkdə töhfəsinə görə Azərbaycana təşəkkür edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Britaniyanın Bakıdakı səfirliyinin X-dəki paylaşımında qeyd olunub.

 

"Azərbaycan COP sədrliyini Braziliyaya təhvil verərkən, Birləşmiş Krallıq ötən il dünya birliyini iqlim tədbirlərini irəli aparmaq üçün birləşdirdiyinə görə COP29-un Bakıdakı Azərbaycan sədrliyinə təşəkkür edir.

 

Bakıdan Belenə və sonra London (qlobal istiləşməni) 1,5 C-də saxlamaq üçün qlobal ambisiyaları stimullaşdırmağa davam edir", - Britaniya diplomatik nümayəndəliyinin bəyanatında deyilir.

 

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP30) Tərəflər Konfransının 30-cu sessiyasına bu gün Braziliyanın Belen şəhərində start verilib.

 

COP29 daha əvvəl Azərbaycanda keçirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər