00:00:00
Yazar
Admin User
04.12.2025 16:20 109 1 dəq oxuma
Dünya

Britaniya Rusiya hərbi kəşfiyyatına sanksiya tətbiq edib

Britaniya Rusiya hərbi kəşfiyyatına sanksiya tətbiq edib

Böyük Britaniya Rusiyanın hərbi kəşfiyyatına sanksiyalar tətbiq edib.


"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.


Sanksiyaların Britaniya vətəndaşı Daun Stercessin ölümü ilə bağlı istintaqın yekun hesabatı ilə əlaqəli olduğunu bildirib. Böyük Britaniya sanksiyaları Rusiya hərbi kəşfiyyatında çalışanlar da daxil olmaqla, “Rusiya dövlətinin maliyyələşdirdiyi zərərli fəaliyyətin arxasında duran" 11 şəxsi hədəf alır.


Bununla da Rusiya hərbi kəşfiyyatı tamamilə Böyük Britaniya sanksiyalarına məruz qalır. Qeyd edək ki, bu, 2018-ci ilin mart ayında Solsberidə keçmiş rus casusu Sergey Skripala qarşı sui-qəsd cəhdi ilə bağlı istintaqa aiddir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər