00:00:00
Yazar
Admin User
04.12.2025 15:44 77 1 dəq oxuma
Dünya

Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 12 mövqe genişləndirib

Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 12 mövqe genişləndirib

 

Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək daha 12 mövqe əlavə edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Britaniya hökumətinin bəyanatında bildirilir.

 

Siyahıya 11 fiziki şəxs və bir təşkilat daxil edilib.

 

Bu dəfə sanksiyalar Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinə qarşı tətbiq edilib. Siyahıya həmçinin idarənin üç əməkdaşı və daha səkkiz rusiyalı daxil edilib.

 

Britaniya hakimiyyəti bildirir ki, sanksiya siyahısına Baş Kəşfiyyat İdarəsinin üç zabiti də əlavə edilib və onlar "Ukraynada və bütün Avropa üzrə düşmənçilik fəaliyyətinin təşkilinə cavabdehdirlər".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər