00:00:00
Yazar
Admin User
10.11.2025 16:35 203 2 dəq oxuma
Siyasət

Britaniya Suriya Prezidentinə qarşı sanksiyaları ləğv edib

Britaniya Suriya Prezidentinə qarşı sanksiyaları ləğv edib

 

Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının qərarının ardınca Suriya Prezidenti Əhməd əş-Şəraaya qarşı sanksiyaları ləğv edib.Daha əvvəl hər iki məmur radikal "İslam Dövləti" və "Əl-Qaidə" təşkilatları ilə əlaqəli şəxslərə qarşı tətbiq edilən maliyyə sanksiyaları altında olub. Ötən gün BMT Təhlükəsizlik Şurası bu tədbirləri ləğv edib, Suriya qruplaşması "Həyat Təhrir əş-Şam" ilə "Əl-Qaidə" arasında fəal əlaqələrin olmamasını qeyd edib.Qərar Əhməd əş-Şəraanın ABŞ Prezidenti Donald Trampla Ağ Evdə planlaşdırılan görüşü ərəfəsində qəbul edilib.

Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, tədricən digər ölkələr də Suriyaya və Prezidentinə qarşı sanksiyaları aradan qaldıracaq:

 

"Suriya Prezidenti Əhməd əş-Şaraa hökumətinin yürütdüyü siyasət həm sanksiyaların ləğvinə həm də ölkənin inkişaf etməsinə xidmət edir. Bir qədər əvvəl ABŞ-ni rəhbərliyi də sanksiyaları ləğv edib və yeni münasibətlər qurulub. Böyük Britaniyanın da eynilə Əhməd əş - Şaraaya qarşı sanksiyaları ləğv etməsi prosesin davamı olaraq digər Avropa ölkələri tərəfindən də baş tuta bilər. Vaxtilə İran və Rusiyanın siyasətini həyata keçirən Əsəd rejimi dövründə müxalif cəbhənin də radikallaşması yaxud müxtəlif silahlı təşkilatlarla əlaqə qurması keçmiş proseslərin tələbi kimi qiymətləndirilir və bu günki reallığın isə fərqli olduğu qəbul olunur. Bu günkü reallıq odur ki, Suriyanın keçid hökumətinə başçılıq edən Prezident Şaraa əsas diqqəti ölkənin yenidən qurulmasına, sülh və sabitliyə yönəldir. Eyni zamanda Qərb dövlətləri ilə sıx əlaqələr qurmaqda maraqlıdır. Bu həm də ona regionda sabitliyin bərpası üçün lazımdır. Britaniyanın maliyyə sanksiyalarını aradan qaldırması xarici səfərlərin yolunu açır və iqtisadi məsələlərdə yeni əlaqələrin qurulmasına şərait yaradır ki, bu da Suriyanın yenidən qurulması və əhalisinin rifahı üçün zəruridir. Düşünürəm ki, tədricən digər ölkələr də Suriyaya və Prezidentinə qarşı sanksiyaları aradan qaldıracaq. Çünki regiondakı həssas vəziyyət və Suriya ilə əlaqələrin operativliyini labüdləşdirir. Məlumdur ki, Rusiya da Suriyanın yeni hakimiyyəti ilə əlaqələr qurmağa cəhd edir. Hətta İranın da buna səy göstərməsi haqda məlumatlar var. O, bunu Rusiya vasitəsi ilə etməyə çalışır. Bunun müqabilində Qərb dövlətləri də eynilə öz yeni münasibətlərini qurmaq üçün sanksiyaların maneə yaratdığını qəbul edirlər və ona görə də ləğvi məsələsində qərarlı görünürlər. Suriya Prezidentinin Qərbə, xüsusən Avropa dövlətlərinə qarşı normal münasibəti, yeni əməkdaşlıq əlaqələrində maraqlı olması nəzərə alınır. Böyük Britaniyanın sanksiyaları ləğv etməkdə əsas məqsəd yeni əlaqələr quraraq regionda maraqlarını və təsirini qorumaqdır".


Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər