00:00:00
Yazar
Admin User
17.09.2025 13:47 131 2 dəq oxuma
Siyasət

Britaniyalıların yarıdan çoxu Londonun Ukraynaya yardımını dəstəkləyir

Britaniyalıların yarıdan çoxu Londonun Ukraynaya yardımını dəstəkləyir

Britaniyalıların yarıdan çoxu (59%) hələ də Londonun Ukraynaya yardımını dəstəkləyir.


Məsələ ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsinin başladığı gündən bəri Ukraynanı ciddi şəkildə dəstəkləyən tərəflərdən biri də Böyük Britaniyadır:


“Ümumiyyətlə bir çox həlledici məsələlərdə Rusiya ilə qarşıdurmada olub. 19-cu əsrin ortalarında Böyük Britaniyaya rəhbərlik etmiş, baş nazirlərdən biri olmuş Palmerston qeyd edib ki, Rusiya müharibə aparmadığı dönəmlər bizim üçün ən narahatedici dönəmlərdir. Çünki Rusiya müharibə aparmırsa, bu Britaniya üçün dövlət olaraq ən böyük narahatlıqdır.


Rusiya-Ukrayna müharibəsinin davam etməsi əslində Böyük Britaniyanın maraqları çərçivəsindədir. 2022-ci ildə bu müharibə başladıqdan sonra Türkiyənin vasitəçilik missiyasının nəticələrinin ortada olduğu müddətdə gördük ki, Britaniyanın bu məsələyə sərt reaksiyası oldu, danışıqlar prosesi pozuldu.


Müharibə davam etdikcə, Ukraynanın əraziləri işğal edildikcə, dağıldıqca dünyada bütün dövlətlərdə o cümlədən Böyük Briyaniyada da insanların bu müharibəylə bağlı maraqları prizmasından ümidlər azalır. Çünki Rusiya bu müharibə nəticəsində Ukraynanın artıq 20 %-ni işğal edib. Nə qədər ki, Qərbin dəstəyi, Rusiyaya sanksiyalar paketi bu məsələyə təsir etmirsə getdikcə bu prosesə təsir göstərəcəyi ilə bağlı inama da mənfi təsir göstərir.


Düşünürəm ki, humanitar yardım, silah yardımı, maddi yardım, diplomatik yardım Ukraynanı bir yerə qədər aparacaq. Rusiyaya qarşı 20-ə yaxın sanksiyalar paketi qəbuk edilibsə bu da Rusiyanı müəyyən qədər zəiflədir”.

 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər