00:00:00
Yazar
Güllər Gülhüseynova
20.07.2026 17:26 28 1 dəq oxuma
Dünya

Britaniyanın yeni Baş naziri Tramp və Zelenski ilə telefon danışıqları aparacaq

Britaniyanın yeni Baş naziri Tramp və Zelenski ilə telefon danışıqları aparacaq

Böyük Britaniyanın yeni Baş naziri Endi Bernem bildirib ki, vəzifəsinin icrasına başladıqdan sonra ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışıqları aparmaq niyyətindədir.

 

"İnformator.az" "Sky News"a istinadən xəbər verir ki, bu barədə E.Bernem Britaniya hökumətinin başçısı vəzifəsinin rəsmi şəkildə icrasına başlamazdan əvvəl lentə alınmış videomüraciətində bildirib.

 

O qeyd edib ki, Zelenski ilə söhbət zamanı Londonun Ukraynaya dəstək məsələsindəki mövqeyinin dəyişməzliyini təsdiq etmək niyyətindədir: "Bu gün daha sonra mən Volodimir Zelenskiyə aydın şəkildə bildirəcəyəm ki, heç bir dəyişiklik yoxdur. Eynilə Kir Starmer kimi, mən də 100 % onun yanında olacağam".

#yeni #britaniyanın #gündəm #zelenski #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər