Britney Spears Californiada həbs edilib
Britney Spears ABŞ-nin California ştatında həbs edilib. Bu barədə ABŞ məhkəmə sənədlərində qeyd olunub.
Müğənni çərşənbə günü saat 21:30 radələrində California Highway Patrol vasitəsi ilə saxlanılıb. O, cümə axşamı səhər tezdən sərbəst buraxılıb və mayın 4-də Ventura County Superior Court məhkəməsinə çıxmalıdır. Məhkəmə sənədlərində müğənninin hansı səbəbdən həbs edildiyi göstərilmir.
BBC News
Gövhər Mehyəddinova
