BŞ turistlərdən 5 illik sosial media tarixçəsi tələb edə bilər
Böyük Britaniya da daxil olmaqla onlarla ölkədən olan turistlər, ABŞ-yə giriş üçün şərt olaraq son beş illik sosial media tarixçəsini təqdim etməyə məcbur edilə bilərlər. Bu, Amerika rəsmiləri ilə açıqlanan yeni təklifdə əksini tapıb.
Yeni şərt, vizasız olaraq 90 gün müddətinə ABŞ-yə səfər edə bilən və Elektron Səyahət İcazəsi Sistemi (ESTA) formasını dolduran ölkələrin vətəndaşlarına aid olacaq.
Donald Tramp yanvarda Ağ Evə qayıtdıqdan sonra ABŞ sərhədlərini ümumilikdə daha da sərtləşdirməyə çalışır və bunu milli təhlükəsizliklə əsaslandırır.
Analitiklər bildirirlər ki, yeni plan potensial ziyarətçilər üçün maneə yarada və onların rəqəmsal hüquqlarına zərər verə bilər.
BBC News
Səadət Əlizadə