00:00:00
Yazar
Admin User
21.06.2025 10:51 94 1 dəq oxuma
Dünya

Bəşər Əsədin əmisi oğlu saxlanılıb

Bəşər Əsədin əmisi oğlu saxlanılıb

 

Suriyanın yeni hakimiyyəti ölkənin sabiq prezidenti Bəşər Əsədin əmisi oğlunu saxlayıb.

 

"İnformator.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

 

Bildirilib ki, Vasim Əsəd narkotik ticarəti və bir sıra digər hüquq pozuntularında ittiham olunur.

"Suriya kəşfiyyatı və Daxili İşlər Nazirliyinin əməkdaşları Vasim Əsədi saxlamağa müvəffəq olublar. O, Suriyada ən məşhur narkotik tacirlərdən biri hesab olunur və əvvəlki hakimiyyətin cinayətlərində iştirak edib", - bəyanatda bildirilib.


SANA agentliyinin mənbələri isə bildirirlər ki, o Livanla sərhədə yaxın ərazidə saxlanılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər