00:00:00
Yazar
Elmira Ağayeva
22.06.2026 17:18 26 1 dəq oxuma
Siyasət

Bu açıqlama Trampın təhdidlərinə verilən cavabdır”-ŞƏRH

“Bu açıqlama Trampın təhdidlərinə verilən cavabdır”-ŞƏRH

İran parlamentinin sədri: “Yaxşı olar ki, açıqlamalarına nəzarət etsinlər. Silahlı qüvvələrimiz onlara başqa cür cavab verməyə hazırdır. Nə qədər danışsalar da, biz öz yolumuzla hərəkət edəcəyik”.


Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, İran parlamentinin sədrinin dünənki açıqlaması Donald Trampın görüş getdiyi zaman verdiyi açıqlamaya cavabdır:


“Donald Tramp bəyan edib ki, əgər İran tərəfi Hörmüz boğazını bağlayarsa, bu İran üçün ağır nəticələrə səbəb ola bilər. İran tərəfi də məhz bunu əsas götürərək görüşdən birbaşa imtina edib. Amma dolayısı ilə müzakirələr davam edib.Bu Amerika Prezidentinin səsləndirdiyi bəyanata verilən cavabdır. İran xarici siyasətini göstərməyə çalışır, özünə hörmət tələb edir və onunla qarşılıqlı tərəfdaş kimi rəftar olunmasını istəyir. Bu cür bəyanatlar və qarşılıqlı təhdidlər vəziyyəti gərginləşdirən amildir. Amma görünən odur ki, hər iki tərəf də bu ritorikadan mümkün qədər yayınmağa çalışacaqlar. Hərbdən və gücdən deyil, dialoqdan yana mövqe sərgiləyəcəklər. Bu baxımdan gərginliyə baxmayaraq müəyyən addımlar atılıb, razılıqları əldə olunub.Qarşıdakı 60 gündə də addımların atılması qərarlaşdırılıb”.


Nuray Əliyeva

#ABŞ #İran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər