00:00:00
Yazar
Aysel Mirzəyeva
03.03.2026 18:36 15 2 dəq oxuma
Siyasət

"Bu addım ABŞ-Avropa münasibətlərini köklü şəkildə dəyişməyəcək " - ŞƏRH

"Bu addım ABŞ-Avropa münasibətlərini köklü şəkildə dəyişməyəcək " - ŞƏRH

İspaniya hökumətinin İranla bağlı mümkün hərbi əməliyyatlarda ABŞ-nin ölkə ərazisindəki bazalardan istifadəsinə icazə verməməsi beynəlxalq müzakirələrə səbəb olub.

 

Mövzu ilə bağlı politoloq Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Madridin bu qərarı gözlənilən idi və mövcud siyasi kursun davamıdır:

 

“Pedro Sançesin rəhbərlik etdiyi hökumət uzun müddətdir NATO çərçivəsində hərbi xərclərin artırılmasına ehtiyatla yanaşır və Yaxın Şərq məsələlərində daha müstəqil mövqe sərgiləyir. Qəzza məsələsində İsrailə qarşı sərt açıqlamalar, ABŞ-nin bəzi xarici siyasət addımlarına tənqidi münasibət bu qərarın arxasında dayanan siyasi xətti göstərir. Ona görə də Vaşinqtonun İrana qarşı mümkün əməliyyatında İspaniya ərazisindəki bazalardan istifadə icazəsinin verilməməsi sürpriz deyil. Bu addım ABŞ-Avropa münasibətlərini köklü şəkildə dəyişməyəcək. İspaniya Avropa İttifaqında əsas strateji xətti müəyyən edən ölkə deyil. Buna görə də bu qərarın ümumi ABŞ-Aİ münasibətlərinə ciddi təsir göstərəcəyi gözlənilmir. Lakin Vaşinqton-Madrid xəttində müəyyən diplomatik gərginlik yarana bilər. Bu, daha çox siyasi mesaj xarakteri daşıyan addımdır”.

 

Xaqani Cəfərli hesab edir ki, qərarın İran-Avropa münasibətlərində ciddi dönüş yaradacağı ehtimalı zəifdir:

 

“Avropanın İran siyasəti kollektiv mexanizmlərlə formalaşır. Tək bir ölkənin mövqeyi ümumi xətti dəyişmir. Bu qərar daha çox İspaniyanın daxili və ideoloji siyasi mövqeyinin ifadəsidir. Regiondakı geosiyasi balans baxımından da dəyişiklik məhdud olacaq. Yaxın Şərqdə real güc balansı əsas oyunçuların-ABŞ, İsrail və İranın davranışlarından asılıdır. İspaniyanın qərarı isə bu balansı dəyişəcək strateji faktor deyil”.


Ayşə Müzəfərli

#şəkildə #gündəm #abş-avropa #şərh #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər