00:00:00
Yazar
Zəhra Həsənova
06.03.2026 20:55 31 2 dəq oxuma
Siyasət

“Bu addım dövlətlərarası münasibətlərin sonu ola bilər”

“Bu addım dövlətlərarası münasibətlərin sonu ola bilər”

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasına dron hücumları nəticəsində hava limanı və Şəkərabad kəndindəki məktəb zərər görüb, 4 mülki şəxs yaralanıb. Azərbaycan Milli QHT Forumunun bəyanatında hadisə “terror aktı” kimi qiymətləndirilərək, İranın mülki infrastruktura yönəlmiş hücumunun qonşuluq prinsiplərinə zidd olduğu vurğulanıb. Forum bildirib ki, Naxçıvanla Azərbaycan arasındakı hava əlaqəsini kəsməyə yönələn bu addım regionda təhlükəsizliyə ciddi təhdiddir və məsuliyyət tam şəkildə İranın üzərindədir.


Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, hər bir halda bir dövlətin digər dövlətin ərazisinə hərbi müdaxiləsi yolverilməzdir:

 

“Əgər bu addım bilə-bilə atılıbsa, bu artıq dövlətlərarası münasibətlərin sonu deməkdir. Bir dövlət digər dövlətin ərazisinə gəlib zərbə endirirsə, bu halda diplomatik münasibətlərin pozulması gündəmə gələ bilər. Belə hallarla bağlı beynəlxalq hüquqi mexanizmlər məhduddur. Bu kimi işlər üzrə müraciət edilə biləcək beynəlxalq məhkəmələr var, lakin İran beynəlxalq məhkəmələrin hamısının yurisdiksiyasını tanımır. Bu səbəbdən məsələ hüquqi müstəvidə daha çətin olur”.

 

Əkrəm Həsənov, həmçinin vurğulayıb ki, hadisə təsadüf və ya hansısa hərbi qurumun özbaşına hərəkəti nəticəsində baş veribsə, dəyən zərər aradan qaldırılmalıdır:

 

“Əgər bu, təsadüf nəticəsində baş veribsə və ya kimsə özbaşına belə addım atıbsa, vurulan bütün ziyan kompensasiya edilməlidir. Prezidentimizin də dediyi kimi, Azərbaycandan üzr istənilməlidir. İstifadə olunan vasitənin dron və ya raket olmasının hüquqi baxımdan fərqi yoxdur. Bir dövlətin hərbi vasitəsi ilə digər dövlətin ərazisinə zərbə endirilirsə, bu, həmin dövlətin ərazisinə hücum sayılır və terror aktı kimi qiymətləndirilə bilər”.

 

Fatimə Hüseynli

#gündəm #yeni #“belə #bilər” #addım
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər