Bu gün Tramp Suriya ilə bağlı mühüm qərar verəcək
Bu gün ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı fərman imzalayacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə CBS telekanalının müxbiri Cennifer Ceykobs X hesabında yazıb.
Qeyd edək ki, mayın 14-də Tramp Ər-Riyadda Suriya Prezidenti Əhməd əş-Şara ilə danışıqlar aparıb. Danışıqlar çərçivəsində sanksiyaların yumşaldılması məsələləri gündəmdə olub.