00:00:00
Yazar
Aysel Mirzəyeva
02.03.2026 16:42 19 2 dəq oxuma
Siyasət

"Bu hadisə Yaxın Şərqdə son onilliklərin ən böyük geosiyasi sarsıntısıdır " - ŞƏRH

"Bu hadisə Yaxın Şərqdə son onilliklərin ən böyük geosiyasi sarsıntısıdır " - ŞƏRH

Bildirilir ki, ABŞ-nin Yaxın Şərqə yerləşdirdiyi qüvvələr və İsrail ordusu əslində həftələrdir İranın ali lideri Əli Xameneini izləyib. 28 fevralda səhər saatlarında Xameneinin sədrliyi ilə iclas keçirildiyi barədə kəşfiyyat məlumatı alan kimi zərbə endirilib və ali liderlə yanaşı, iclasda iştirak edən daha bir neçə yüksək vəzifəli şəxs öldürülüb.


Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İran hökuməti ölkədə 40 günlük matəm elan edib və müvəqqəti idarəetmə üçün Prezident Məsud Pezeşkian, Məhkəmə hakimiyyətinin rəhbəri Gholam-Hossein Mohseni-Ejei və Ayətullah Əlireza Ərafidən ibarət keçid şurası fəaliyyətə başlayıb:

 

“Bu hadisə Yaxın Şərqdə son onilliklərin ən böyük geosiyasi sarsıntısıdır. Çünki Xamenei təkcə İranın rəhbəri deyil, həm də regiondakı geniş silahlı qruplaşmalar şəbəkəsinin (Hizbullah, Husilər və s.) ideoloji mərkəzi idi. Siyasi nəticələr baxımından, İranın daxilində hazırda iki əks qütb arasında gərginlik pik həddədir: bir tərəfdən rejim tərəfdarları intiqam şüarları ilə küçələrə çıxır, digər tərəfdən isə illərdir təzyiq altında olan müxalif qruplar bu hakimiyyət vakuumundan istifadə edərək sistemi kökündən dəyişməyə çalışır. SEPAH-ın ölkədə fövqəladə vəziyyət elan edərək hərbi nəzarəti tam ələ alma ehtimalı olduqca yüksəkdir ki, bu da daxili sabitliyin hələ uzun müddət bərpa olunmayacağından xəbər verir. Regionda isə güc balansı tamamilə pozulmuş vəziyyətdədir. İranın İsrailə və regiondakı ABŞ bazalarına qarşı başladığı cavab raket zərbələri müharibənin coğrafiyasını genişləndirib; artıq bəzi körfəz ölkələrinin (BƏƏ, Bəhreyn) ərazilərinə də mərmilərin düşdüyü bildirilir. Bu isə dünya bazarlarında neft qiymətlərinin kəskin artmasına və qlobal logistikanın iflic olmasına gətirib çıxarıb. Ən böyük təhlükə isə budur ki, mərkəzi idarəetməni itirən proksi qruplar daha radikal və proqnozlaşdırılması çətin olan asimmetrik hücumlara əl ata bilərlər. Bu zərbə İranın “regional hegemonluq” layihəsinə ağır zərbə vursa da, Yaxın Şərqi sonu görünməyən hərbi eskalasiya və qeyri-müəyyənlik dövrünə daxil edib”.


Günel Əlili

#yaxın #azərbaycan #hadisə #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər