00:00:00
Yazar
Admin User
09.04.2025 18:12 307 2 dəq oxuma
Siyasət

“Bu halda İrana daha sərt sanksiyalar tətbiq ediləcək”

“Bu halda İrana daha sərt sanksiyalar tətbiq ediləcək”

Tehranın nüvə proqramı ilə bağlı razılaşma əldə olunmasa, ABŞ İrana qarşı daha sərt sanksiyalar tətbiq edəcək.”

 

Məsələ ilə bağlı siyasi şərhçi Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Tehran nüvə proqramı ilə bağlı danışıqların aparılmasını istəyir:

 

“Hazırda İran məsələnin ciddiliyini anlayır. Trampın sərt ritorikasını başa düşür. Xüsusilə də Yaxın Şərqə, bir çox ABŞ bazalarına silah-sursat daşınmasını müşahidə edir. Trampın verdiyi məlumata görə, ABŞ və Tehran arasında artıq birbaşa danışıqlar aparılır. Amerika və İsrailin hədəfindən çıxmaq istədiyi üçün İran bu danışıqlara razılıq verib.

Son vaxtlar Rusiyanın da bu danışıqlarda müəyyən formada iştirakının mümkünlüyü qeyd olunur. Düzdür, İran əvvəlcə yalnız vasitəli danışıqlara razılıq verdiyini bildirirdi, lakin artıq bu mərhələ keçilib. Həmçinin, Çin, Rusiya və İran arasında Moskvada nüvə danışıqları ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub. Ola bilsin ki, nüvə proqramı ilə bağlı məsələlərdə Rusiyanın da iştirakı var. Bildirilir ki, bu gün Rusiyanın nümayəndəsi ABŞ-də səfərdədir və burada müxtəlif məsələlər müzakirə olunur. Mən düşünürəm ki, həmin görüşlərdə İran məsələsi də gündəmdə olub. Sanki bir qədər gərginlik azalıb. Burada Rusiyanın və digər ölkələrin də rolu danılmazdır.

İqtisadi sanksiyalar ölkənin iqtisadiyyatına ciddi ziyan vurduğu üçün İran bu sanksiyalardan qurtulmaq istəyir. Təbii ki, razılıq əldə olunmasa, Amerika və İsrail İranı bombalaya bilər".

 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər