00:00:00
Yazar
Admin User
25.07.2025 16:21 156 1 dəq oxuma
Siyasət

“Bu hələ başlanğıcdır, toqquşmalar qabaqdadır”

“Bu hələ başlanğıcdır, toqquşmalar qabaqdadır”

“ABŞ nümayəndə heyəti Qətərdə Qəzza zolağında atəşkəs barədə sazişin hazırlanmasına həsr olunan danışıqları HƏMAS qruplaşmasının hərəkətləri səbəbindən tərk edir”. Bunu ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.

 

Mövzu ilə bağlı politoloq Elman Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, atəşkəs olsa, orada çox effektiv olmayacaq:

 

“Daimilik bir şey yoxdur və ola da bilməz. Sadəcə olaraq müvəqqəti səngimələr olacaq. Onu da atəşkəs adlandırmaq olmaz. Oradakı vəziyyət daha da çətinləşəcək. Mütləq ki, toqquşmalar olacaq. İsrail bir yola çıxıb. Bu hələ bir başlanğıcdır. Ümumi toqquşmalar qabaqdadır”.

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər