“Bu iki ölkə arasında münasibətlərin nizamlanmasında Türkiyənin önəmli rolu var ”
Pakistan və Əfqanıstan arasında danışıqların növbəti raundu İstanbulda keçiriləcək. Danışıqların İstanbulda keçirilməsi məncə əhəmiyyətli bir məsələdir.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, bu iki ölkə arasında münasibətlərin nizamlanmasında Türkiyənin önəmli rolu var və İstanbulda təsadüfən seçilməyib və yalnız bir sülh müstəvisi deyil:
"Yəni yalnız bir görüş yeri deyil, həm də Türkiyə dövlətinin, yəni Türkiyə Cümhuriyyətinin bu münasibətlərin nizamlanmasında roluna bir işarədir. Bildiyim qədər Əfqanıstan və Pakistan arasında sülhün yaranmasına, qarşıdurmanın dayanmasına Türkiyə tərəfi kifayət qədər ciddi pay verib. Türkiyənin də müdaxiləsindən sonra bu atəşkəs baş tutub. Bu ölkələrin anlaşması, uzlaşması olduqca vacibdir. Yəni yeni dünya üzərindən qurulması bölgədə bir çox məsələləri dizayn edir. Yəni belə bir şəraitdə həm Əfqanıstan, həm də Pakistan arasında savaş açığı bölgədə çox ciddi gərginlik, problemlər yarada bilər. Bu müsəlman ölkələri arasında belə bir münaqişənin yaranmasını Türkiyə də istəmir. Ona görə də sülh cəhdlərini davamlı olaraq davam etdirir".
Həmçinin ekspert vurğulayır ki, Pakistanın son vaxtlar Amerika ilə münasibətlərində müəyyən irəliləyiş var:
"Əfqanıstan Çinlə daha çox əməkdaşlıq edir. Əslində Əfqanıstanla ABŞ arasında müəyyən gərginlik davam edir. Yəni sanki burada böyük güclərin bir növ proksi qarşıdurması da diqqəti cəlb edir. Yəni ola bilir bu məsələdə mümkündür. Digər tərəfdən bu, Əfqanıstanda olan Pakistan talibanları Taliban belə bir təşkilat davamlı olaraq Pakistanın indiki siyasi quruluşunu təhdid edir. Özü də dini rejim yaratmaq istəyirlər. Bu da Pakistanı narahat edir. Talibanı isə Pakistan üzətindən. Bu gün Pakistan və Əfqanıstan arasında qarşıdurma yaranıb. Atışma və.s əsas səbəbkarı onlar ümid edirəm ki, İstanbul görüşü bölgədəki sülhü təsis edəcək. Yəqin ki, tərəflər anlaşacaqlar. Əslində bu gün Əfqanıstan özü də kifayət qədər ciddi sorğular yaşayır. Nəzərə alsaq ki, uzun illər SSRİ-nin işğalı, sonradan Amerikanın işğalı əslində bu, dövlət üçün çox ciddi problemlər yaradır, təhdidlər yaradıb, hətta dövlətçiliyin özü belə. Bu gün Əfqanıstanda hələ tam formalaşmayıb. Əfqanıstandakı indiki hakimiyyəti, Taliban hakimiyyəti dünyanın bir çox dövlətləri tanımır. Yəqin ki, orda çox ciddi sosial problemlər var. Təbii ki, ölkənin içərisində də sıxıntılar az deyil. Yəni belə bir şəraitdə, bəlkə də savaş qaliblərə hansısa dividendlər gətirə bilər. amma bütövlükdə bölgənin müsəlman dünyasının bütövlüyünə, birliyinə təhdiddir. Eyni zamanda Əfqanıstanın da özünün çox ağır vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxara bilər və Pakistan da dost dövlətdir. Yəni dost dövlətin müharibəyə cəlb olunması həm də Türkiyənin gücünü və maraqlarını ifadə etmir, yəni onun zəifləməsinə və ona zorun yaratmasına gətirib çıxara bilər. Nəzərə alsaq ki, Hindistan sorunu da var, bölgədə bir çox məsələlərdə sabitlik yoxdur, Yəni bütün hallarda mən ümid edirəm ki, İstanbul görüşü iki ölkə arasında anlaşmanı, sülhü saxlayacaq".
Gülcan Salahova
