00:00:00
Yazar
Admin User
14.04.2025 10:18 201 1 dəq oxuma
Siyasət

Bu ikilik Fransanın ikiüzlülüyünü ifşa edir - XİN

Bu ikilik Fransanın ikiüzlülüyünü ifşa edir - XİN

Fransanın Ermənistana öldürücü silahlar verməsi, eləcə də sülhə xidmət etməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi nazir Jan Noel Barronun regional gərginlikdən narahatlığını ifadə etməsi ziddiyət təşkil edir.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə X hesabında yazıb.

 

"Bu ikilik Fransanın ikiüzlülüyünü ifşa edir. Sülh sazişi layihəsi üzərində işin yekunlaşdırılması mühüm hadisə olsa da, sülh sazişinin imzalanması və davamlı sabitlik əsas məsələlərin həllini, xüsusilə Ermənistan Konstitusiyasında ərazi iddialarının həllini və sabitliyi pozan xarici müdaxilələrin, o cümlədən Fransanın dayandırılmasını tələb edir. Bundan başqa, bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə maneçilik törətmək təkcə daxili işlərə qarışmaq deyil, həm də bu cür cinayətlərə görə məsuliyyətə xələl gətirir", - o bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər