Bu keçidlərin bir ucu İsrail ərazisində, digəri isə Qəzza zolağındadır
“Qəzza zolağının altındakı tunellərin ölçüləri onlardan motosikletlərin və hətta avtomobillərin keçməsinə imkan verir”.
Arb xəbərin məlumatına əsasən, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib. O, Fələstin müqaviməti üzvlərinin təkcə Qəzzanın şimalında 400 km-dən çox yeraltı tunel tikdiklərini bildirib.
"Bu keçidlərin bir ucu İsrail ərazisində, digəri isə Qəzza zolağındadır. Fələstin döyüşçüləri İsrailin quru əməliyyatına hazırdır və biz son bir neçə gündə düşmənin məğlubiyyətinin nəticələrini gördük. Qəzzada internet olan kimi yanmış İsrail tanklarının və ölən əsgərlərin fotoşəkillərini görə biləcəyik”, deyə Bagiri qeyd edib.
SƏRXAN
