00:00:00
Yazar
Admin User
11.12.2025 15:32 101 2 dəq oxuma
Siyasət

Bu NATO ölkəsi ABŞ-ni təhdid hesab edib

Bu NATO ölkəsi ABŞ-ni təhdid hesab edib

Danimarka ilk dəfə olaraq ABŞ-ni potensial təhlükəsizlik təhdidi adlandırıb.


Mövzu ilə əlaqədar politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, əslində, son vaxtlar NATO daxilində müəyyən ziddiyyətlər kəskin şəkildə ortaya çıxmaqdadır:


“Bu ziddiyyətlər NATO-nun parçalanma təhlükəsini faktiki olaraq aktual saxlayır. Xüsusilə də ABŞ-nin NATO ilə bağlı mövqeyi yaxın gələcəkdə alyansın taleyini sual altına sala bilər. Çünki NATO ölkələrinin əsas qənaəti ondan ibarətdir ki, ABŞ bu qlobal hərbi təhlükəsizlik alyansının fəaliyyətinin gücləndirilməsində heç də maraqlı deyil. Əksinə, Ağ Evdə hesab edirlər ki, NATO üzvü olan dövlətlər, xüsusilə də Avropa Birliyinə daxil olan ölkələr öz təhlükəsizliklərini təmin etmək üçün ABŞ istehsalı olan silahları idxal etməlidirlər. Yəni müdafiə sistemlərini NATO-nun çətiri altında qurmaq əvəzinə, hər bir ölkə ayrıca olaraq güclü ordu və müdafiə sistemi yaratmaq üçün hərbi xərclərini artırmalıdır. Təbii ki, bu proses istər-istəməz həm NATO daxilində, həm də NATO ölkələri arasında kəskin ziddiyyətlər yaradır. Son vaxtlar ABŞ-nin bu istiqamətdə atdığı addımların böyük əksəriyyəti Avropa Birliyi ölkələri tərəfindən real təhdid kimi qəbul olunur. Bu baxımdan Danimarka da istisna deyil. Digər Qərb ölkələri də bununla bağlı dəfələrlə öz mövqelərini açıqlayıblar. Hazırda Tramp administrasiyasının fonunda ABŞ-nin NATO ilə bağlı, eləcə də Avropa Birliyinə yönəlmiş siyasi kursu kollektiv Qərbin təhlükəsizlik sistemi üçün olduqca ciddi problemlər yaradır”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər