Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır
İran-İsrail münaqişəsi səbəbindən səfirliyini Bakıya köçürən Avstriya diplomatik korpusunu yenidən Tehrana qaytarmağı planlaşdırır. Hazırda nazirlik Tehrandakı səfirliyin fəaliyyətini bərpa etməyi planlaşdırır və konsul xidmətləri də tədricən davam etdiriləcək.
Mövzu ilə bağlı siyasi şərhçi Sərdar Cəlaloğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Avstriyanın səfirliyi hücum olduğudundan müvəqqəti olaraq Tehrandan Bakıya köçürülüb:
"Başqa səfirliklərin əməkdaşlarının nisbətən təhlükəsizliyin təmin edilməsi üçün bu addımlar atılıb. İndi İranla belə ciddi konflikt gözlənilmədiyinə görə səfirlik öz normal fəaliyyətini bərpa etmək üçün Teharana qayıdır. Mən düşünmürəm ki, səfirliyin geri qayıtması Azərbaycan Avstriya münasibətlərinə təsir etsin".
Günel Əlili
