00:00:00
Yazar
Admin User
13.10.2025 19:53 86 1 dəq oxuma
Dünya

Bu ölkə bu tarixədək AB üzvü olmaq istəyir

Bu ölkə bu tarixədək AB üzvü olmaq istəyir

Monteneqronun məqsədi 2026-cı ilə qədər Avropa Birliyinə üzvlüklə bağlı danışıqları başa çatdırmaq və 2028-ci ilədək birliyin növbəti üzv olmaqdır.

 

"İnformator.az" xəbər verir ki, bu sözləri Monteneqro Prezidenti Yakov Milatoviç ölkəsində səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen ilə görüşdə deyib. Görüşdə Monteneqronun Avropaya inteqrasiyasının sürətləndirilməsi əsas müzakirə mövzusu olub. Eyni zamanda, Monteneqronun Avropa Birliyinə üzv olması haqqında müqavilənin layihəsinin hazırlanmasına başlanılması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Yakov Milatoviç deyib ki, qanunun aliliyi, Avropa standartlarına uyğun iqtisadi və infrastrukturun inkişafı, eləcə də Qərbi Balkan regionunun Avropa perspektivinin əhəmiyyəti sahəsində islahatların aparılmasına xüsusi diqqət yetiriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər