00:00:00
Yazar
Admin User
18.10.2025 19:02 110 1 dəq oxuma
Dünya

Bu ölkə də Rusiyaya qarşı yeni qərarı dəstəkləyəcək

Bu ölkə də Rusiyaya qarşı yeni qərarı dəstəkləyəcək

Avstriya Avropa Birliyinin (AB) Rusiyaya qarşı hazırladığı yeni sanksiya paketini dəstəkləmək qərarına gəlib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Röyters” Avstriya XİN-in bəyanatına istinadən məlumat yayıb.

 

Bəyanatda bildirilib ki, Avstriya Rusiyaya təzyiqlərin davam etdirilməsini dəstəkləyir, həmçinin yaxın günlərdə 19-cu sanksiyalar paketini təsdiqləyəcək.

 

Qeyd edək ki, oktyabrın 20-də Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri Lüksemburqda görüşərək Rusiyaya qarşı 19-cu sanksiya paketinin qəbulunu yekunlaşdırması

planlaşdırılıb.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər