00:00:00
Yazar
Admin User
04.08.2025 14:54 121 1 dəq oxuma
Siyasət

Bu ölkə Fələstini tanımaqdan imtina edib

Bu ölkə Fələstini tanımaqdan imtina edib

İtaliya hazırda Fələstinin dövlət kimi tanınması üçün şərtlərin mövcud olduğunu hesab etmir.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu İtaliya xarici işlər naziri Antonio Tayani deyib:

 

“Hazırda Fələstin dövlətinin konstitusiya və beynəlxalq hüquq əsasında tanınması üçün heç bir şərt yoxdur. Biz onun yaradılması üçün çalışmalıyıq. Amma bu o demək deyil ki, biz İsrailə "Bombardmanı, dinc əhaliyə hücumu və itkiləri dayandırmağın vaxtıdır" deməməliyik. HƏMAS-a da deməliyik ki, o, fələstinlilərdən canlı qalxan kimi istifadə etməyi və qeyri-insani şəraitdə İsrailin siyasətinə görə heç bir məsuliyyət daşımayan girovları saxlamağı dayandırsın. Biz konkret olaraq sülhün qurulmasına yönəlmiş aydın siqnallar göndərməliyik. Qeyd edək ki, ötən həftə 70 keçmiş səfir və diplomat İtaliyanın Baş naziri Corcio Meloniyə Fələstinin tanınmasının zəruriliyi barədə məktub göndərib".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər