00:00:00
Yazar
Admin User
02.04.2025 16:04 225 1 dəq oxuma
Siyasət

Bu ölkə ilə saziş təsdiqləndi

Bu ölkə ilə saziş təsdiqləndi

“Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Somalinin Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.

 

“İnformator.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

 

Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Somali Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, saziş bu ilin fevral ayının 12-də Bakıda imzalanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər