Bu ölkə Maduronun aktivlərini dondurub
İsveçrə hökuməti Venesuela lideri Nikolas Maduro və ona yaxın şəxslərin ölkədə saxladığı bütün aktivləri dondurub .
"İnformator.az" xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, aktivlərin dondurulması dərhal qüvvəyə minib və növbəti xəbərdarlığa qədər dörd il müddətində qüvvədə qalacaq.
İsveçrə Xarici İşlər Nazirliyi ölkədə Maduro ilə əlaqəli aktivlərin dəqiq sayını açıqlamayıb. Lakin İsveçrə hökuməti aktivlərin dondurulmasının Maduronun hakimiyyətdən getməsi ilə əlaqədar tətbiq olunduğunu bildirib və bu da Venesuelanın gələcəkdə qanunsuz əldə edilmiş aktivlərlə bağlı məhkəmə prosesinə başlaması ehtimalını artırır.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr isə ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-yə aparıb.
