00:00:00
Yazar
Admin User
09.06.2025 04:51 140 1 dəq oxuma
Dünya

Bu ölkə vətəndaşlarının ABŞ-yə girişinə qadağa qüvvəyə minir

Bu ölkə vətəndaşlarının ABŞ-yə girişinə qadağa qüvvəyə minir

Ağ Ev rəhbəri Donald Trampın bir sıra ölkə vətəndaşlarının ABŞ-yə girişinə tam və ya qismən məhdudiyyət qoyulmasını nəzərdə tutan sərəncamları bazar ertəsi qüvvəyə minir.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu sıraya 19 ölkə daxildir.

 

Xatırladaq ki, bu sərəncamı ABŞ Prezidenti Donald Tramp iyunun 5-də imzalayıb. Bu qadağaya Əfqanıstan, Birma, Çad, Konqo, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşları daxildir.

 

Burundi, Kuba, Laos, Syerra Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarının da ABŞ-a girişi qismən məhdudlaşdırılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər