00:00:00
Yazar
Admin User
09.11.2025 14:51 136 1 dəq oxuma
Dünya

Bu ölkədə 100 milyon dollarlıq kokain ələ keçirilib

Bu ölkədə 100 milyon dollarlıq kokain ələ keçirilib

Mavriki hüquq-mühafizə orqanları ada dövlətinin sahillərində Yunanıstan bayrağı altında üzən "Alpha Bravery" gəmisindən rekord sayda - 400 kq kokain müsadirə edib. 


"İnformator.az"ın "Defimedia"ya istinadən məlumatına görə, qara bazarda dəyəri təxminən 100 milyon dollardan çox olan narkotik vasitələr xilasetmə jiletlərinə tikilərək daşınırmış.

İlkin məlumatlara görə, Mavriki hakimiyyəti Braziliyadan Sinqapura gedən gəminin kapitanından qanunsuz yük barədə məlumat alıb.

Narkotiklərin son təyinat yerini müəyyən etmək üçün araşdırma başlanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər