Bu ölkədə sel suları çəkilmədi, 500 min insan zərər gördü
Banqladeşin Sunamqanc bölgəsində 3 həftə ərzində su qıtlığı təxminən 500 min insana təsir edib.
Dhaka Tribune” qəzetinin məlumatına görə, daşqınlar Sunamganc rayonunun Sadar, Bişvambharpur, Şantiqanc, Caqanathpur, Dovarabazar, Catak və Tahirpur rayonlarında həyata təsir etməkdə davam edir.
Sunamgancda sel suları 3 həftə ərzində çəkilmədiyi üçün təxminən 500 min insanın köməyə ehtiyacı olub.
Rayonda bir çox ev və iş yerləri hələ də su altında qalır. Seldən zərər çəkmiş ərazilərdə çirklənmiş su ilə yoluxan xəstəliklərin yayılması da sağlamlıq problemidir.
Suyun çəkilə bilməməsi bir çox təsərrüfatlara və ev quşlarına ziyan vurub. Əkinçilik və quşçuluqla çörəkpulu qazanan bir çox insan zərər çəkdiyi halda, düşərgələrdə yaşayan vətəndaşlar da qida və təmiz su çatışmazlığından əziyyət çəkirlər.
Daşqın qurbanları bildirdilər ki, yerli hökumətlər yardım vəd edib, lakin heç bir dəstək almayıb.
Mayın 17-dən iyulun 3-dək ölkə ərazisində yağan güclü yağışlar nəticəsində baş verən təbii fəlakət və qəzalarda 102 nəfər həyatını itirib.
Nigar Səmədli
