Bu, Rusiya və Ukrayna üçün dərs olmalıdır – Naumov
ABŞ Prezidenti Donald Trampın İsrail və HƏMAS arasında sülh müqaviləsi Rusiya-Ukrayna üçün çox yaxşı dərsdir: münaqişənin əsas səbəbləri həll edilmədən atəşkəs belə görünə bilər.
"İnformator.az" xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov deyib.
“İsrail HƏMAS-ın ləğvini, fələstinlilər isə dövlətçiliyə gedən yol və yenidən döyüşlərin başlamayacağına dair təminat almadı – hamı narazıdır və hamı təhlükə altındadır, saziş yalnız Amerika prezidentinin təsiri ilə qüvvədədir. Əgər o, bölgədən üz döndərsə və ya postunu tərk etsə, inanıram ki, bu razılaşma heç kimin yadına düşməyəcək”, - o bildirib.