00:00:00
Yazar
Admin User
18.03.2025 17:07 296 1 dəq oxuma
Sosial

Bu sürücülərə yazılan cərimələr ləğv edilməlidir ?

Bu sürücülərə yazılan cərimələr ləğv edilməlidir ?

Əgər bir sürücü insan həyatını xilas etmək məqsədilə və ya təcili yardıma yol verərkən qayda pozuntusuna yol veribsə, onun cəriməsi ləğv edilməlidirmi ?

 

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “İnformator.az”a açıqlamasında bildirib ki, sürücü həqiqətən də insan həyatını xilas etmək məqsədilə yüngül xətaya yol veribsə, onu cərimələməmək olar:

 

“Mən bunu iddia edə bilmərəm, amma burada insan faktoru önəmlidir. Bəli, əgər sürücü ictimai asayişi pozmursa və onun pozduğu qayda digər yol hərəkəti iştirakçılarına zərər vurmursa, onu cərimələməmək olar. Bu isə o demək deyil ki, belə bir qayda mövcuddur və hər kəs bundan istifadə edə bilər. Çünki sui-istifadə halları yarana bilər.

 

Cərimə yazılıbsa, sürücü bu barədə qeydiyyatda olduğu ərazi üzrə Dövlət Yol Polisi şöbəsinə və ya birbaşa Baş Dövlət Yol Polisinə müraciət edə bilər. Müraciət elektron qaydada, yazılı şəkildə və ya birbaşa şöbəyə gedərək edilə bilər”.


Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər