00:00:00
Yazar
Admin User
06.12.2025 16:31 95 1 dəq oxuma
Dünya

Bu saziş 50 ildir qüvvədədir və uğurludur!

Bu saziş 50 ildir qüvvədədir və uğurludur!

İsrailin demilitarizasiya zonası yaratmaq tələbləri Suriyanı təhlükəli vəziyyətə salır.


"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şara Dohada keçirilən forumda bəyan edib.

 

"Dəməşq İsraillə 1974-cü ildə imzalanmış ayrılma sazişinə riayət olunmasında israr edir. Bu saziş artıq 50 ildən çoxdur qüvvədədir və müəyyən mənada uğurlu sazişdir", - o vurğulayıb.

 

Əş-Şara bildirib ki, sazişə müdaxilə və demilitarizasiya zonası kimi digər razılaşmalara cəhd ərəb dövlətini təhlükəli vəziyyətə sala bilər:

 

"İsraillə sərhəddə demilitarizasiya olunmuş bufer zonası yaradılması barədə söhbət təhlükəli mövzudur. Sual yaranır: bu zonanın təhlükəsizliyini kim təmin edəcək, kim idarə edəcək? Əgər orada Suriya ordusu və təhlükəsizlik qüvvələri olmayacaqsa, bu, tamamilə məntiqli narahatlıqdır".


Qeyd edək ki, İsrail qoşunları hələ də BMT-nin patrul çəkdiyi Qolan təpələrindəki əraziləri işğal altında saxlayır və dəfələrlə Suriyanın dərinliklərində hərbi əməliyyatlar həyata keçirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər