00:00:00
Yazar
Admin User
25.04.2025 08:16 219 1 dəq oxuma
Sosial

Bu şəxslərin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq

Bu şəxslərin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq

Sertifikasiya imtahanından keçməyən tibb mütəxəssisləri təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılacaq.

 

"İnformator.az" "Unikal"a istinadən  xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.

 

Dəyişikliyə əsasən, sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər.

 

Belə ki, davamlı peşəkar inkişafın illik və 5 illik minimum kreditlərini toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməlidir.

 

Layihədə sertifikasiya imtahanından keçməyən işçilərin 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşının saxlanılması müəyyən edilib.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər