00:00:00
Yazar
Zəhra Həsənova
13.08.2026 21:15 18 2 dəq oxuma
Siyasət

"Bu tarix Azərbaycanın beynəlxalq əməkdaşlığının yeni səviyyəsini müəyyənləşdirir" - DEPUTAT

"Bu tarix Azərbaycanın beynəlxalq əməkdaşlığının yeni səviyyəsini müəyyənləşdirir" - DEPUTAT

Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafında növbəti mərhələ müzakirə olunub. Tərəflər Strateji Tərəfdaşlıq Xartiyasının icrası və ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçiriblər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib ki, Azərbaycan-ABŞ münasibətləri tarixində 8 avqust 2025-ci il mühüm və əlamətdar bir gündür:

 

"Bu tarix həm Azərbaycanın beynəlxalq əməkdaşlığının yeni səviyyəsini müəyyənləşdirir, həm də ABŞ-nin regionda yeni statusunu müəyyən edir. Bu əməkdaşlığın istiqamətləri sadəcə ABŞ-Azərbaycan münasibətləri kontekstində qiymətləndiriləcək bir hadisə deyil. Bu xartiyada əksini tapan məsələlər reallaşdıqdan sonra regionda son 200 ildə formalaşan güc balansı tamamilə dəyişmiş olacaq. Bu isə Cənubi Qafqaza yeni strateji keyfiyyət qazandıracaqdır. Ən əsası isə bu keyfiyyəti müəyyən edən Azərbaycan olacaqdır. Bu, potensial olaraq həm də gələcəyə hesablanmış bir addımdır".

 

Deputatın sözlərinə görə, bu gün tamamilə fərqli bir mənzərə yaranıb:

 

"Bu fərqli mənzərəni müəyyən edən birbaşa ABŞ-Azərbaycan xəttidir. Bu xətt isə regionda diktəedicidir, istər iqtisadi kontekstdə, istərsə də geosiyasi kontekstdə. Təkcə TRİPP və Transxəzər marşrutu ilə bağlı Amerikanın mövqeyinə diqqət etsək, görəcəyik ki, bu, bundan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli və dərin bir hadisədir".

 

Müsahib, sonda ABŞ-Azərbaycan münasibətləri haqqında da fikrini bildirib:

 

"Strateji ağırlığın Azərbaycan və ABŞ-nin tərəfində olması digər region ölkələrinin inkişafı üçün də perspektivlər yaradır. Bura Ermənistan da daxildir. Belə halda, əgər Ermənistan öz davranışlarında ardıcıl olarsa və sülh mövqeyindən çəkilməzsə, bu, sülh prosesinə də müsbət təsir göstərəcək".

 

Selcan Xudiyeva

#gündəm #"bu #beynəlxalq #səviyyəsini
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər