00:00:00
Yazar
Admin User
02.12.2025 18:19 108 2 dəq oxuma
Siyasət

“Bu, tərəflərin qarşılıqlı çəkindirmə siyasətinin bir hissəsidir”

“Bu, tərəflərin qarşılıqlı çəkindirmə siyasətinin bir hissəsidir”

Macarıstanın xarici işlər naziri Peter Siyartonun açıqlamaları Avropada yenidən təhlükəsizlik mövzusunu gündəmə gətirib. Bu iddia regional gərginliyi artırmaqla yanaşı, NATO daxilində müdafiə siyasətlərinin prioritetlərini də dəyişir.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, açıq şəkildə qeyd etmək istəyirəm ki, Avropanın Rusiya ilə yaxın perspektivdə müharibəyə hazırlaşdığı iddiaları real vəziyyətlə üst-üstə düşmür:


“Bu gün səsləndirilən fikirlər daha çox siyasi ritorikadır və mən konkret olaraq Avropanın Rusiyayla genişmiqyaslı hərbi qarşıdurmaya hazırlaşdığını düşünmürəm. Əgər bu iddianın əsas dayağı kimi NATO ölkələrinin müdafiə xərclərini artırmasını göstəririksə, burada diqqət daha çox Amerika Birləşmiş Ştatlarının mövqeyinə yönəlməlidir. ABŞ uzun müddətdir NATO üzvlərinə müdafiə büdcələrini artırmaq barədə təzyiq edir və hazırkı artımlar məhz bu tələblərin nəticəsidir. Bəzi Avropa ölkələri bu addımları daxili auditoriya üçün “təhlükədən müdafiə” kimi təqdim edə bilər, lakin bu, faktların siyasi çalarlarla qabardılmasıdır. Məncə, nə Avropa dövlətləri, nə də Rusiya real müharibə variantında maraqlıdır. Rusiya da belə bir qarşıdurmaya getməz, çünki Ukrayna müharibəsi onsuz da Moskvanın həm iqtisadi, həm siyasi, həm də hərbi resurslarını ciddi şəkildə tükəndirib. Eyni zamanda Avropa ölkələri hələ də Rusiyadan enerji asılılığını tam aradan qaldırmayıb. Neft və qaz təchizatının tam dayanması Avropanın sənayesini və enerji sistemini dərhal çökdürə bilər. Avropanın hərbi aktivliyi, şübhəsiz ki, Rusiyanın diqqətindədir və Moskva buna sərhəd bölgələrində qüvvə yerləşdirməklə cavab verə bilər. Bu tərəflərin qarşılıqlı çəkindirmə siyasətinin bir hissəsidir. Amma bütün bu proseslər real müharibə ehtimalını artırmır. Bu daha çox siyasi mesajların sərtləşməsi, mövqelərin nümayişi və təhlükəsizlik konturlarının yenidən qurulmasıdır. Mən hesab edirəm ki, Avropa İttifaqı ölkələrinin müdafiə büdcələrindəki artım müharibəyə hazırlıq deyil, ABŞ-nin illərdir qaldırdığı tələblərə uyğunlaşmadır”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər